Posted by : ulviyyameherremova37 19 Aralık 2013 Perşembe


Lənkəranın təbiəti elədir ki burada relikt və endemik bitkilər daha çoxdur......
Lənkəran rütubətli subtropik iqlim qurşağında yerləşir. Bu iqlimin ərazidəki torpaq tiplərinin yaranmasında mühüm rolu olmuşdur. Rayonun ərazisində aşağıdakı torpaq tipləri vardır. Qırmızı torpaq, Sarı torpaq, Podzollaşmış Sarı torpaq, Bataqlıq torpaqlar. Torpağın qırmızı və Sarı olması onların tərkibində dəmir birləşmələrinin olması ilə əlaqədardır. Qırmızı torpaqlar ağır gilicəli və gilli mexaniki tərkibə malik olmaqla fizioloji turş xassəlidir. Bu torpaqlarda əsasən sitrus və tərəvəz bitkiləri becərilir.
Lənkəran rayonu ərazisində 22675 hektar təbii meşə sahəsi və 850 hektar meşə fonduna daxil olmayan yaşıllıqlar mövcuddur. Meşələr 1 qrup meşələr olmaqla dağlıq və dağətəyi ərazilərdə yerləşir. Zəngin bitki örtüyünə malikdir. Meşə örtüyünün əsasını Qırmızı kitaba daxil edilmiş ağac və kol cinsləri təşkil edir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı və Qızılağac qoruğu Lənkəranın zəngin təbiət muzeyidir.
Hirkan meşələrində Şabalıdyarpaq palıd, Dəmirağac, Qafqaz xurması, Göyrüc, Fısdıq, Vələş, Yalanquz, Azad ağacları, Yemişan, Şümşad və Hİrkan bigəvəri cinsli kollar geniş yayılmışdır. Rayon ərazisində 38 ağac və 8 hektar qiymətli meşə sahələri təbiət abidəsi kimi qorunur. Qızılağac dövlət təbiət qoruğu Xəzər sahilinin cənub-qərbində 88,3 min hektar ərazidə yayılmışdır. Qoruq ərazinin 72,7 faizini su akvatoriyası, 13,8 faizini kolluq təşki! edir.Qoruğun florasını ali bitkilərin 360 növü 4 az yayılmış növü təşkil edir.


{ 2 yorum... read them below or Comment }

  1. Məndə lənkəranlıyam.
    Yazılanların hamısı düzdür.👌
    Əllərivizə sağlıq.

    YanıtlaSil
  2. Lənkəran Azərbaycanın gözüdür

    YanıtlaSil

- Copyright © biologiya - Skyblue - Powered by Blogger - Designed by Johanes Djogan -