Blogger tarafından desteklenmektedir.

Meyvə şirələrinin faydası


Hər bizimiz meyvəni sevirik. Meyvələrin suyuna isə biganə qalmaq ümumiyyətlə mümkün deyil. Bəs hansı meyvənin bizə nə xeyir verdiyini bilirikmi?

Portağal şirəsi : Bir stəkan portağal suyu gündəlik C vitamini tələbatını qarşılayır. Kalium, fol turşusu, B1, B2, B6 vitaminləri və müxtəlif mineralları təşkil edən portağal suyunun xərçəng hüceyrələrinin inkişafının qarşısını alır və kapilyar damarları gücləndirir.
Qaysı şirəsi: Bir stəkan qaysı suyu gündəlik A vitamini tələbatının 1/3-ü ödəmək qabiliyyətinə malikdir. Qaysının tərkibində olan sellüloza sadəcə qəbzlik deyil, bağrısaqda sancı, korbağırsaq, babasilə qarşı yaxşı təsir edir. Diş xəstəlikləri, artıq çəki, şəkər xəstəliyi, ürək xəstəlikləri, xərçəng kimi xəstəliklərin əmələ gəlmə riskini azaldır, bağırsağın nizamlı işləməsinə yardım edir.

Üzüm şirəsi: Üzüm suyu A, B və C vitaminlərindən zəngin olması ilə yanaşı bol miqdarda kalium və dəmirdən ibarətdir. Güclü antioksidantın özəlliyi sayəsində vücudda əmələ gələn sərbəst radikallarla mübarizə apararaq hücrələrdəki qocalmanı azaldır və immunitet sisteminin güclənməsinə şərait yaradır.




Lənkəranın təbiəti


Lənkəranın təbiəti elədir ki burada relikt və endemik bitkilər daha çoxdur......
Lənkəran rütubətli subtropik iqlim qurşağında yerləşir. Bu iqlimin ərazidəki torpaq tiplərinin yaranmasında mühüm rolu olmuşdur. Rayonun ərazisində aşağıdakı torpaq tipləri vardır. Qırmızı torpaq, Sarı torpaq, Podzollaşmış Sarı torpaq, Bataqlıq torpaqlar. Torpağın qırmızı və Sarı olması onların tərkibində dəmir birləşmələrinin olması ilə əlaqədardır. Qırmızı torpaqlar ağır gilicəli və gilli mexaniki tərkibə malik olmaqla fizioloji turş xassəlidir. Bu torpaqlarda əsasən sitrus və tərəvəz bitkiləri becərilir.
Lənkəran rayonu ərazisində 22675 hektar təbii meşə sahəsi və 850 hektar meşə fonduna daxil olmayan yaşıllıqlar mövcuddur. Meşələr 1 qrup meşələr olmaqla dağlıq və dağətəyi ərazilərdə yerləşir. Zəngin bitki örtüyünə malikdir. Meşə örtüyünün əsasını Qırmızı kitaba daxil edilmiş ağac və kol cinsləri təşkil edir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı və Qızılağac qoruğu Lənkəranın zəngin təbiət muzeyidir.
Hirkan meşələrində Şabalıdyarpaq palıd, Dəmirağac, Qafqaz xurması, Göyrüc, Fısdıq, Vələş, Yalanquz, Azad ağacları, Yemişan, Şümşad və Hİrkan bigəvəri cinsli kollar geniş yayılmışdır. Rayon ərazisində 38 ağac və 8 hektar qiymətli meşə sahələri təbiət abidəsi kimi qorunur. Qızılağac dövlət təbiət qoruğu Xəzər sahilinin cənub-qərbində 88,3 min hektar ərazidə yayılmışdır. Qoruq ərazinin 72,7 faizini su akvatoriyası, 13,8 faizini kolluq təşki! edir.Qoruğun florasını ali bitkilərin 360 növü 4 az yayılmış növü təşkil edir.


- Copyright © biologiya - Skyblue - Powered by Blogger - Designed by Johanes Djogan -