- Back to Home »
- Lənkəranın təbiəti
Posted by : ulviyyameherremova37
19 Aralık 2013 Perşembe
Lənkəranın təbiəti elədir ki burada relikt və endemik bitkilər
daha çoxdur......
Lənkəran rütubətli subtropik iqlim qurşağında yerləşir. Bu
iqlimin ərazidəki torpaq tiplərinin yaranmasında mühüm rolu olmuşdur. Rayonun ərazisində
aşağıdakı torpaq tipləri vardır. Qırmızı torpaq, Sarı torpaq, Podzollaşmış Sarı
torpaq, Bataqlıq torpaqlar. Torpağın qırmızı və Sarı olması onların tərkibində
dəmir birləşmələrinin olması ilə əlaqədardır. Qırmızı torpaqlar ağır gilicəli və
gilli mexaniki tərkibə malik olmaqla fizioloji turş xassəlidir. Bu torpaqlarda əsasən
sitrus və tərəvəz bitkiləri becərilir.
Lənkəran rayonu ərazisində 22675 hektar təbii meşə sahəsi və
850 hektar meşə fonduna daxil olmayan yaşıllıqlar mövcuddur. Meşələr 1 qrup meşələr
olmaqla dağlıq və dağətəyi ərazilərdə yerləşir. Zəngin bitki örtüyünə malikdir.
Meşə örtüyünün əsasını Qırmızı kitaba daxil edilmiş ağac və kol cinsləri təşkil
edir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı və Qızılağac
qoruğu Lənkəranın zəngin təbiət muzeyidir.
Hirkan meşələrində Şabalıdyarpaq palıd, Dəmirağac, Qafqaz
xurması, Göyrüc, Fısdıq, Vələş, Yalanquz, Azad ağacları, Yemişan, Şümşad və
Hİrkan bigəvəri cinsli kollar geniş yayılmışdır. Rayon ərazisində 38 ağac və 8
hektar qiymətli meşə sahələri təbiət abidəsi kimi qorunur. Qızılağac dövlət təbiət
qoruğu Xəzər sahilinin cənub-qərbində 88,3 min hektar ərazidə yayılmışdır.
Qoruq ərazinin 72,7 faizini su akvatoriyası, 13,8 faizini kolluq təşki!
edir.Qoruğun florasını ali bitkilərin 360 növü 4 az yayılmış növü təşkil edir.
Məndə lənkəranlıyam.
YanıtlaSilYazılanların hamısı düzdür.👌
Əllərivizə sağlıq.
Lənkəran Azərbaycanın gözüdür
YanıtlaSil